Batumidə yeni beşulduzlu "Qrand Qloriya" oteli açılır. Bu barədə Acariya hökumətinin məlumatında deyilir. FED.az xəbər verir ki, otelin rəsmi açılışı iyuna planlaşdırılıb. Acariya hökumətinin başçısı Zurab Pataradze və Azərbaycanın baş konsulu Pərviz İsmayılzadə oteldə vəziyyətlə tanış olublar.
Layihənin investisiya dəyəri 31 milyon dollar təşkil edir. Hazırda oteldə 100 nəfər işə düzəlib.
Batumi mətbuatının məlumatına görə, yeni mehmanxananın tikintisinə 2012-ci ildə başlanılıb, ancaq sonradan dayandırılıb.
Yeddi il öncə, 2011-ci ilin iyununda 1 hektaradək torpaq sahəsi simvolik olaraq 1 lariyə AZAL aviaşirkətinin prezidenti Cahangir Əsgərovun xanımı Zərifə Qəmzəyevaya verilib.
"Qloriya" şirkətinin 50,8 % payı Z. Qəmzəyevaya, qalanı onun uşaqları Cəmil və Məlahət Əsgərovlara məxsusdur.
Ümumilikdə yüksək səviyyəli "Qrand Qloriya" hotelində 170 nömrə olacaq. Bundan başqa, oteldə açıq və qapalı hovuzlar, SPA-mərkəzlər, konfrans zalları fəaliyyət göstərəcək. Hotelin açılışı 2018-ci ilin iyununa planlaşdırılır.
AZAL rəhbəti Batumidə səviyyəli otel tikdirib
01:28
9 May 2018