Azərbaycandan xarici aviaşirkətlərin uçuşu üçün məhdudiyyətdər aradan qaldırılıb. FED.az xəbər verir ki, bu barədə AZAL prezidenti Cahangir Əsgərov Bakıda səfərdə olan Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeylə görüşündə bildirib.
Eləcə də bax: Niyə Bakıdan uçmaq Tbilisidən 3 dəfə bahadır? - STATUS
AZAL prezidenti xüsusilə vurğulayıb ki, xarici aviaşirkətlər Azərbaycana heç bir məhdudiyyət olmadan uçuşlar həyata keçirə, həmçinin hava limanlarımız vasitəsilə digər şəhərlərə aviareyslər yerinə yetirə bilərlər (beşinci qrup “hava azadlığı”). Cahangir Əsgərovun fikrincə, məhdudiyyətlərin aradan qaldırılması təkcə aviadaşımaların inkişafına gətirib çıxarmayacaq, həmçinin iqtisadi artımı və yeni iş yerlərinin yaradılmasını təmin edəcək.