AZAL Bakı-Naxçıvan-Bakı reysinə aviabiletlərin satışı müvəqqəti dayandırıb.
Şirkətdən FED.az-a verilən məlumata görə, ölkədə epidemioloji vəziyyətin davam etməsi ilə əlaqədar, 7 iyuldan sonrakı tarixlərdə Bakıdan Naxçıvana və geri istiqamətdə reyslərə aviabiletlərin satışı AZAL aviaşirkətinin saytında müvəqqəti olaraq dayandırılır. Satışın açılması barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
"Qeyd etməliyik ki, 7 iyul tarixədək olan reyslərə alınan bütün aviabiletlər etibarlıdır, nəzərdə tutulan reyslər cədvəl üzrə yerinə yetiriləcək. Xatırladırıq ki, Naxçıvana və geri istiqamətdə uçuşlar 18 iyun tarixdən həftədə iki dəfə - ikinci və dördüncü günlər yerinə yetiriləcək"-deyə şirkətdən bildirilib.