“Azərbaycan Hava Yolları” QSC (AZAL) Təl-Əvivə olan reyslərinin sayını artırır.
AZAL-dan bildirilib ki, dekabrın 6-dan etibarən Bakı-Təl-Əviv istiqaməti üzrə əlavə J2-021/022 reyslərinin yerinə yetirilməsinə başlanılacaq. Beləliklə, uçuşlar çərşənbə, cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Qeyd edək ki, Bakıdan Təl-Əvivə uçuş təqribən 2,5 saat çəkir. Bir tərəfə uçuş qiyməti 350-400 manat arasında dəyişir. Məsələn dekabrın 7-də uçub 14-də qayıtmaq üçün qiymət 708 manatdır (342 manat+366 manat).