AZAL aviaşirkətinin uçuş zamanı təqdim etdiyi yeməklərin çeşid sayına görə 111 aviaşirkət arasında ikinci olub. FED.az tass.ru ya istinadən xəbər verir ki, siyahını “One Two Trip” səyahət xidməti tərtib edib.
Siyahının lideri “Singapore Airlines” olub. Adı qeyd edilən şirkət 26 çeşiddə yemək təklif edir. Üçlüyü isə 23 müxtəlif çeşidli yeməklə Yaponiyanın JAL aviaşirkəti qapayıb.
Eləcə də bax: AZAL "Boeing" ilə sazişə dəyişikliklər edir - AÇIQLAMA
İlk beşliyə həmçinin “China Southern Airlines” və C. Koreyanın “Korean Air” şirkəti daxil olub.
Qeyd edək ki,Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) qaydaları çərçivəsində maksimal toplanan bal 27 müəyyən edilib. Ekspertlər hər fərqli varianta 1 xal verib. Yəni, hər şirkət maksimum 27 xal toplamaq iqtidarında olub.