Azərbaycanın milli aviadaşıyıcısı olan AZAL-ın ən bahalı reysinin hansı şəhərə olduğunu məlum olub.
FED.az biznes və maliyyə bərləri portalı Seyyah.az turizm və miqrasiya portalına istinadən xəbər verir ki, AZAL-ın ın ən bahalı reysi Çinin paytaxtı Pekinə biznes sinifdə həyata keçirilən uçuşdur.
Uçusun bir tərəfə olan qiyməti 1906 AZN, əks istiqamət isə 1859 AZN, ümumilikdə 3765 AZN- dir.
Qiymətin bahalığına görə ikinci yeri İsveçrənin Cenevrə şəhəri (bir tərəfə olan qiyməti 1516 AZN, əks istiqamət isə 1494 AZN, ümumilikdə 3010 AZN) üçüncü yeri isə Nyu-York şəhəri (bir tərəfə olan qiyməti 1465 AZN, əks istiqamət isə 1378 AZN, ümumilikdə 2843 AZN) tutur.
Qiymətlər noyabrın 13-16-sı olan uçuşlarla hesablanır
AZAL-ın biznes sinifində aşağıdakı üstünlüklər var:
- işləmək və dincəlmək üçün daha geniş məkan, ayaqlarınız üçün əlavə geniş yer və daha çox açılan oturacaqlar;
- hava limanında növbəsiz qeydiyyat və hava gəmisinə növbəsiz minik;
- Heydər Əliyev Beynəlxalq Aeroportunda gediş zamanı prosedurlardan “sürətli keçid” xidməti və fərdi kömək;
- hava limanlarında Biznes sinfə məxsus gözləmə zallarına buraxılış;
- daha çox pulsuz daşınan baqaj norması. Biznes Sinif biletlərinə hər biri 32 kiloqrama qədər çəkidə 2 yer baqaj və 10 kiloqrama qədər çəkidə 2 yer əl yükü daxildir.
- Biznes Sinifdə bütün yeməklər və içkilər zərif çini qablarda təqdim edilir. Eyni zamanda, Sizə pəhrizinizə uyğun olaraq uçuşdan ən azı 20 saat əvvəl sifariş edilmiş xüsusi yeməklər də təqdim edilə bilər.
- Xüsusi Səyahət dəsti yüksək keyfiyyətli gigiyenik və kosmetik vasitələrdən, aksessuarlardan və pijamadan ibarətdir.
- 4 – 10 yaş arası uşaqlar üçün xüsusi hədiyyələr nəzərdə tutulur:
- 7 saatdan artıq davam edən uçuşlarda yumşaq oyuncaqlar və sehrli yapışqanlar təqdim edilir
AZAL-ın ən bahalı reysi bu şəhərədir - QİYMƏT
11:41
29 Sen 2018