“Azərbaycan Hava Yolları” QSC (AZAL) Qazaxıstanın Almatı şəhərinə birbaşa aviareyslərə başlayacaq.
FED.az xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.
Məlumata görə, aprelin 2-dən başlayaraq Almatıya həftədə iki dəfə birbaşa aviareyslər yerinə yetirəcək.
FED.az bildirir, bu reyslə 1 tərəfə uçuşun qiyməti 260-310 manat arasında dəyişir.
Eləcə də bax: Azərbaycan turistləri Bolqarıstana axışır