Yaxın vaxtlarda Azərbaycan Hava Yolları (AZAL) dünyanın 14 şəhərinə uçuşlara başlamağa hazırlaşır. FED.az xəbər verir ki, bu barədə şirkətdə sentyabrın 13-də keçirilən müşavirədə bildirilib.
Müşavirədə yaxın gələcək üçün vəzifələr və perspektivlər müzakirə olunmuşdur. Qeyd olunmuşdur ki, sərnişin daşımaları sahəsində prioritet vəzifələrə Bakıdan Tokio, Dehli, Şanxay, Çjençjou, Banqkok, Seul, Kuala-Lumpur, Amsterdam, Vyana, Roma, Əmman, Karaçi, Qahirə, Düşənbə və digər iri şəhərlər kimi yeni istiqamətlərin açılışı daxildir.
“Buta Airways”in direktoru Nazim Səmədov isə deyib ki, uçuşların birinci ili ərzində loukosterə həm yerli əhali, həm də xarici turistlər tərəfindən yüksək tələbat olub. Bu yaxınlarda loukoster iki yeni istiqamətə - Alanya və İzmirə yeni reyslər açıb. Təyyarə parkının genişlənməsi ilə – yaxın vaxtlarda iki yeni “Embraer 190” təyyarəsinin gətirilməsi gözlənilir – bu istiqamətdə işlər davam etdiriləcək.