“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti mayın 30-dan Bakı-Mineralnıye Vodı-Bakı istiqaməti üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır.
FED.az xəbər verir ki, “Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə xüsusi reyslər mayın 30-dan etibarən həftədə bir dəfə, bazar günləri yerinə yetiriləcək”, - deyə aviaşirkətin məlumatında bildirilir.
Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından əldə etmək mümkündür.
Hazırda AZAL Moskva şəhərinə də xüsusi reyslər həyata keçirir.
Bakı-Mineralnıye Vodı istiqamətində aviareysin sərnişinlərinin nəzərinə:
- Rusiya ərazisinə giriş hüququ olmalıdır.
- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir.
Mineralnıye Vodı-Bakı istiqamətində reysin sərnişinlərinin nəzərinə:
- Azərbaycana giriş hüququnun olub-olmadığı yoxlanılmalıdır.
- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Testin nəticəsində, həmçinin QR-kod göstərilməlidir. Bu kod hava limanında qeydiyyat masalarında yoxlanılacaq.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın qərarına müvafiq olaraq aviareyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.