"Boeing" şirkəti ilə aparılmılan danışıqlara əsasən, “Boeing 737 MAX” təyyarələrinin AZAL aviaşirkətinə çatdırılması ilə bağlı müqaviləyə dəyişikliklər edilməkdədir.FED.az xəbər verir ki, bu barədə AZAL -dan daxil olan məlumatda qeyd olunur .
Məlumatda bildirilir ki, təyyarələrin əldə olunmasının ən azı 5 il sonraya (2024-cü ildən başlayaraq) keçirilməsi planlanır.
Sözügedən tarixədək “Boeing 737 MAX”ın texniki imkanlarının və təhlükəsizlik məsələsinin aydın olacağı tam şəkildə bilinəcək.
Qeyd edək ki, 2017-ci ilin aprelində Azərbaycanın "Silk Way Airlines" şirkəti və "Boeing" korporasiyası 10 ədəd "Boeing 737 MAX-8" təyyarəsinin alışı üzrə saziş imzalayıb. Müqavilənin ümumi dəyəri, 1 milyard dollara bərabər olub. Təchizat üç il ərzində edilməli idi.
Hələlik isə, AZAL mövcud təyyarə parkından aktiv istifadə edəcək. Şirkət dünyada təyyarəqayırma sahəsində çalışan liderlərin – “Boeing”, “Airbus” və “Embraer” - təyyarələrindən istifadə edir.