"Azərbaycan Hava Yolları" QSC (AZAL) cari ilin 2 aprel tarixindən etibarən Bakı-Almatı-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq.
FED.az xəbər verir ki, AZAL-dan verilən məlumata görə, aviareyslər həftədə iki dəfə çərşənbə axşamı və şənbə günləri, ekonom sinif, komfort-klub və biznes sinif konfiqurasiyalı "Airbus A319" tipli təyyarə ilə həyata keçiriləcək.
Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.
Eləcə də bax: Azərbaycanda bu kəndə 72 ölkədən turist gəlir