İstanbulun Sabiha Gökçen Beynəlxalq Hava liman 2018-ci ildə 34 milyon 59 min sərnişin daşımaqla Avropanın 12-ci ən böyük hava limanı olub. FED.az Türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin ikinci böyük hava limanı olan Sabiha Gökçenin bu göstəricisi
Airports Council International (ACI) tərəfindən qeydə alınıb. 2017-ci ilin nəticələrinə görə, hava limanı Avropada 14-cü idi, 2018-ci ildə 8,8% artın sərnişin sayı ilə daha da irəliləyib.
Hava limanının göstəriciləri 2019-da da artır. Yanvar ayının nəticələrinə görə, buradan 2 milyon 762 min sərnişin keçib, ötən ilin yanvarında bu göstərici 2 milyon 691 min idi. Xüsusilə xarici reyslərin sayında böyük artım var. Belə ki, yanvarda, Sabiha Gökçendən xaricə uçan sərnişin sayı 15%, təyyarə sayı isə 20% yüksəlib.
Avropanın 12-ci ən böyük hava limanı oldu
17:45
7 Fev 2019