Avropa İttifaqı (Aİ) qanunlarının pozulması barədə dövlətə məlumat verən “xəbərçilərin” hüquqlarının üzv ölkələrin hamısında qorunmasını nəzərdə tutan tənzimləyici akt qəbul etmək barədə razılığa gəlib.
Eləcə də bax: Barmaq izi ilə işləyən - BANK KARTI BURAXILIB
FED.az xəbər verir ki, razılaşmaya görə, vergidən yayınma, korrupsiya, ictimai təhlükəsizlik kimi sahələrdə hüququnun pozulduğu barədə məlumat verən şəxslərin ittifaq miqyasında qorunması təmin ediləcək.
Təşkilatlarda və ya şirkətlərdə qanun pozuntuları ilə bağlı məlumatları sızdıranlar üçün etibarlı kanallar yaradılacaq. Əldə edilmiş razılaşmanın qanuni qüvvəyə minməsi üçün Aİ Şurası və Avropa Parlamentinin bunu rəsmi şəkildə təsdiqləməsi tələb olunur.