"Slovakiya Azərbaycanda səfirliyini açmaq istəyir".
Bunu Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes-forumunda Slovakiyanın baş naziri Peter Pelleqrini bildirib.
Eləcə də bax: Azərbaycanlılar bu ölkəyə axışır - 1000-DƏN ÇOX YAŞAMA İCAZƏSİ VERİLİB
"Bundan başqa, iki ölkə arasında hökumətlərarası komissiya yaradılacaq. Azərbaycanın Avropadakı statusunun necə vacib olduğunu bilirik. İki ölkə arasında ticarət dövriyyəsi son illər artıb, lakin istədiyimiz səviyyədə deyil. Slovakiya şirkətləri maşınqayırma, energetika, informasiya və kommunikasiya texnologiyaları, kimya sənayesi və digər sahələrində əməkdaşlıqda maraqlıdır", - deyə o, qeyd edib.
Eləcə də: Bakının məşhur bazarı sökülür - YERİNDƏ BİNA TİKİLƏCƏK
© Report