Azərbaycan Turizm Assosiasiyası (AZTA) nəzdində aviaşirkətlərlə iş üzrə xüsusi komitə yaradılır.
Bu barədə FED.az-a qurumdan bildirilib.
Məlumata görə, Assosiasiyanın nəqliyyat məsələləri üzrə komitəsinin növbəti iclası keçirilib. İclasda AZTA-nın İdarə Heyətinin üzvləri, o cümlədən Assosiasiyanın sədri Nahid Bağırov, "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev, eləcə də “Turkish Airlines”, “Ethihad Airlines”, “Qatar Airways”, “Air Astana” şirkətlətinin nümayəndələri iştirak edib.
Aviaşirkətlərin nümayəndələri AzTA-ya üzv olmaq təşəbbüsü ilə çıxış ediblər. Tərəflər arasında ilkin razılaşma əldə olunduğu üçün yaxın zamanlarda aviaşirkətlərin üzvlük prosesinin rəsmiləşdirilməsi prosesi həyata keçiriləcək.