“Türk Hava Yolları” aviaşirkəti vizalar ilə bağlı yeni qaydaların tətbiqinə başlayıb. Şirkətdən FED.az-a verilən məlumata görə, viza ala bilmədikdə biletləri geri qaytarmaq mümkün olacaq.
Yeni qaydalara əsasən, müştərilər viza müraciətləri ilə bağlı rədd cavabı aldığı təqdirdə “Türk Hava Yolları” aviaşirkətindən alınmış Bakı çıxışlı biletlərin qaytarılması “viza müraciəti rəddi zamanı qaytarıla bilər” bəndi olmadığı halda belə mümkündür. Yəni, müştəri bilet üzrə etdiyi ödənişi bilet aldığı turizm agentliyindən və ya “Türk Hava Yolları”nın Bakı ofisindən geri ala bilər.
Bunun üçün müştəri uçuşdan ən gec 48 saat öncə müraciət etməlidir. Müraciət zamanı viza üzrə aldığı rədd cavabı məktubunu təqdim etmək mütləqdir.
Aviaşirkət viza ilə bağlı yeni qaydaların tətbiqinə başladı
12:15
15 Yan 2018