Türkiyənin Antalya şəhərinin Korkuteli rayonuna dolu yağıb.
FED.az xəbər verir ki, regionun yay fəsli üçün qeyri-adi olan bu təbiət hadisəsi nəticəsində əkin ərazilərinə və meyvə ağaclarına ciddi ziyan dəyib.
Yağan dolunun qoz dənələri böyüklüyündə olduğu bildirilir.