Almaniyanın Bakıdakı səfirliyi Azərbaycan vətəndaşlarına viza verilməsi üçün ASAN Viza sistemini tətbiq etmək niyyətindədir. FED.az xəbər verir ki, bunu Almaniya iqtisadiyyatının rəqəmsallaşdırılması üzrə işçi qrupun rəhbəri Ştefan Keqebayn bildirib.
ELƏCƏ DƏ BAX: Almaniyadan qovulan azərbaycanlıların sayı – RƏSMİ
Xatırladaq ki, Almaniyaya viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar «ASAN viza2» layihəsi çərçivəsində aparılır. Layihə Azərbaycan vətəndaşlarına xarici ölkələrə vizaların sadələşdirilmiş şəkildə verilməsini nəzərdə tutur.
Hazırda Almaniya tərəfi bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə əlaqəli işləyir. Danışıqların uğurla başa çatmasına çox şad olardıq. Nəticədə bu yenilik Azərbaycan vətəndaşlarının təkcə Almaniyaya deyil, eləcə də Avropa İttifaqının digər ölkələrinə də viza almasını asanlaşdırardı.