Azərbaycanda çimərlik mövsümü başlayıb. Bəzi istirahət mərkəzlərində dəniz kənarı ərazilərlə birlikdə əhali akvaparkların xidmətlərindən də istifadə edə bilərlər. FED.az Bakı və bəzi ərazilərdə populyar akvaparklara giriş qiymətlərini təqdim edir.
«AF hotel Aquapark»
Novxanıdakı «AF hotel Aquapark»a daxil olmaq 0-3 yaşa qədər pulsuz, 3-12 yaş üçün 10 manat, 12 yaşdan yuxarı 15 manatdır. Həftənin günlərindən və ya müştərilərin yerli və ya xarici olmasından asılı olmayaraq qiymətlər dəyişmir. Yemək gətirməyə icazə verilmir. Mövsüm iyunun 1-dən açılıb.
«Pullman Aquapark»
Bakıda, şəhərin mərkəzinə ən yaxın akvapark məhz «Pullman Aquapark»da yerləşir. Buraya daxil olmaq 0-6 yaş üçün pulsuz, 6-12 yaş üçün 20 manat, 12 yaşdan yuxarı 30-40 manat arası dəyişir. Həftə içi böyüklər üçün 30 manat, həftə sonları 40 manatdır. Yemək gətirməyə icazə verilmir, qadın və kişi üçün hovuzlar eynidir.
«Bilgah beach aquapark»
Bilgəhdəki «Bilgah beach aquapark»a giriş 0-3 yaş üçün pulsuz, ondan yuxarı uşaqlar üçün həftə içi 20 manat, həftə sonu 25 manatdır. Böyüklər üçün isə qiymətlər həftə içi 35 manat, həmtəsonu 40 manat təşkil edir. Yemək gətirməyə icazə yoxdur, qadın-kişi hovuzları eynidir.
«Dalğa beach aquapark»
Mərdəkandakı «Dalğa beach aquapark»a giriş 0-6 yaşlı uşaqlar üçün pulsuz, 6-12 yaş arası 15 manat, 12-dən yuxarı 35 manatdır. Bu qiymətlər həftənin bütün günlərində eynidir. Amma bu qiymətlər yerli vətəndaşlar üçündür. «Dalğa beach aquapark»da xaricilər üçün qiymət fərqlidir - asılı olmayaraq 50 manat. Akvaparka müştərilərin özü ilə yemək gətirməsinə icazə verilmir. Əvəzində burada qadın və kişi üçün hovuzlar ayrıdır.
«Atlant Hotel aquapark»
Nabranda yerləşən «Atlant Hotel aquapark»da yaşayış 2 nəfər üçün 65 manatdır. Bu qiymətə oteldə qalmaq və əyləncələr, o cümlədən hovuz və akvaparkdan istifadə daxildir. Amma iyulun 1-dən bu qiymət 79 manata yüksələcək. Qidalanmanı da əlavə edəndə isə hoteldə yaşamaq adambaşına bir günlük olaraq həftə içi 60 manat, həftəsonu 70 manatdır. İstirahət mərkəzindən verilən məlumata görə restoranlara daxil olanda müştərilərin üst geyimi olmalıdır.
«Amburan beach aquapark»
Bu günlərdə mövsümü açan «Amburan beach aquapark»a giriş həftənin 1-ci günü 20 manat, 2-5-ci günlər 23 manat, şənbə-bazar günləri isə 28 manatdır. Bura əyləncələr – yəni akvaparkdan istifadə, futbol voleybol oyunları və sair daxildir. Müştərilərin özü ilə yemək gətirməsinə icazə verilmir, geyim qaydalarına isə nəzarət yoxdur.
«Cresent beach hotel»
Bakının qocaman dənizkənarı hotellərindən olan «Cresent beach hotel»də çimərlik zonasına giriş 0-6 yaşlı uşaqlar üçün 15 manat, böyüklər 30 manatdır. Bu qiymətlər həftənin bütün günləri üçün eynidir. Qiymətə uzanma avadanlıqları və dəsmal daxildir. Buraya da yemək gətirilməsinə icazə verilmir.
"Sea Breeze hotel"
Nardaranda yerləşən "Sea Breeze hotel"də də çimərlik mövsümü artıq açq elan edilib. Hoteldən verilən məlumata görə, burada akvaparka giriş 0-10 yaşa qədər olanlar üçün pulsuz, digər yaşlılar üçün 25 manatdır. Bu qiymət həftənin bütün günlərində qüvvədədir. Digər mərkəzlər kimi, buraya da yemək gətirmək olmaz.