Ağsu şəhərində məişət və iaşə xidməti kompleksi tikilir.
Bunu Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bildirib.
İcra başçısı qeyd edib ki, 2 milyon 100 min manata başa gələcək kompleksdə 24 yerlik hotel, mini bazar, kafelər, restoranlar olacaq.
Eyni zamanda, burada böyük hotel və uşaq əyləncə mərkəzinin tikintisi nəzərdə tutulur. Bunun üçün şəhərdə 3 hektar sahə ayrılıb. Artıq hazırlıq işləri görülür.