Xarici biznes təşkilatları Azərbaycana turizm sektorunu inkişaf etdirmək üçün maraqlı təkliflər veriblər.
FED.az xəbər verir ki, bu təkliflər arasında AZAL-ın xidmətlərinin ucuzlaşdırılması , eləcə də aeraportların xarici aviaşirkətlərə icarəyə verilməsi daxildir.
"Amerikanın Azərbaycanda Ticarət Palata"sı heab edir ki, bu addım təkcə turizmin inkişafına və ölkəyə uçuşların asanlaşdırmaqla yanaşı həm də Azərbaycanda kiçik və orta biznes sahiblərinə kömək edəcəkdir.
Eləcə də bax: Amerika Ticarət Palatasından Şahin Mustafayevə - 3 TƏKLİF
Palatanın birinci tövsiyəsində aşağıdakılar qeyd olunur:
Hava nəqliyyatı təcrübəsinin liberallaşdırılması Hava nəqliyyatının Azərbaycanla xarici ölkələr arasında turist axınının təmin edilməsində mühüm rol oynadığını nəzərə alaraq, biz iqtisadiyyatın bu sahəsinin daha da təkmilləşdirilməsinə ehtiyac olduğunu hesab edirik. Bu sektor turizm və qonaqpərvərlik kimi digər sahələrin də inkişafı üçün aparıcı qüvvə olduğuna görə, Hökumətə bu sahədə rəqabətliliyin daha da güclənməsinə xüsusi diqqət ayırmağı tövsiyə edirik. Hökumətə xarici avia şirkətləri Bakıya və Azərbaycanın digər şəhərlərinə uçuşlar təşkil etməyi stimullaşdıracaq tədbirlər görməyi tövsiyə edirik. Azərbaycanın hava limanlarında, xüsusilə də Bakıda göstərilən xidmətlərin şərtləri və tarifləri xarici şirkətlər üçün cəlbedici olmalıdır.
Eləcə də bax: AZAL Amerikaya uçuşları dayandırır - ŞİRKƏTDƏN AÇIQLAMA
Azərbaycanda Amerika Ticarət Palatasının ikinci tövsiyəsi tariflərlə bağlıdır:
Hava limanı xidmətləri sərbəst və ədalətli aviadaşımalar bazarını stimullaşdıracaq səviyyədə təyin olunsun;
Azərbaycanda Amerika Ticarət Palatasının 3- cü tövsiyəsində hava əlaqələri barədə məsləhət yer alıb:
Avropa İttifaqının vətəndaşları üçün vizasız rejim tətbiq olunduqdan sonra Azərbaycan Hava Yolları (bundan sonra “AZAL”) və xarici aviadaşıyıcılar tərəfindən müntəzəm olaraq Avropanın əsas təyinat məntəqələrinə birbaşa uçuşlar təşviq olunsun;
Azərbaycanda Amerika Ticarət Palatasının tövsiyələri arasında həmçinin aşağı büdcəli aviaşirkətlər barədə də məsləhətlər yer alıb. Bunlar aşağıdakılardı:
AZAL-ın marşrut şəbəkəsinə daxil olmayan şəhərlərə uçan aşağı büdcəli aviaşirkətlər üçün əlverişli hava limanı tarifləri təqdim olunsun. İnanırıq ki, Azərbaycana münasib qiymətə uçmaq imkanı təqdim edildiyi halda, ölkə 3 və 4 ulduzlu otel seqmentinə uyğun gənc turistləri cəlb edə bilər. Bu addım multiplikasiya effekti göstərərək, hostel və qonaq evlərinin, habelə restoran və suvenir istehsalçıları kimi kiçik sahibkarların işinə təkan verəcəkdir ki, bu da öz növbəsində ölkənin hədəfi olan kiçik və orta sahibkarlığın inkişafına xidmət göstərəcək;
Eləcə də bax: "Azal" “Boeing”lərdən imtina edir - AÇIQLAMA
Palatanın tövsiyələrindən biri də regional hava limanlarının lizinqindən ibarət olmasıdır. Bu barədə tövsiyələr aşağıdakılardı:
Əsasən aşağı büdcəli beynəlxalq uçuşlar üçün istifadə olunması məqsədilə Azərbaycanın bəzi regional hava limanlarının xarici idarəetmə üzrə beynəlxalq səviyyədə tanınmış operatorlara icarəyə verilməsi nəzərdən keçirilsin.
Eləcə də bax: Dövlət Turizm Agentliyi AZAL-ın biletlərinin - BAHA OLMASINDAN DANIŞIB
Aeroportları icarəyə verin, AZAL-ın qiymətlərini azaldın - HÖKUMƏTƏ TƏKLİFLƏR
11:44
6 İyun 2019