ABŞ-ın Azərbaycandakı səfirliyi "Greencard"bağlı xəbərdarlıq yayıb. FED.az xəbər verir ki, məlumatda aşağıdakılar qeyd olunur:
Eləcə də bax:Xaricə səfər edən azərbaycanlıların - SAYI 21% ARTIB
2021-ci ilin Qrin Kart Viza Proqramındakı saxtakarlıqla bağlı xəbərdarlıq
ABŞ-ın Azərbaycandakı Səfirliyi Qrin Kart Viza proqramının ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının əhəmiyyətli dərəcədə artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edir. Bu cür saxta elektron poçt və məktubların müəllifləri Qrin Kart proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər.
Bundan əlavə, yerli viza təşkilatları, Qrin Kart proqramınına daxil etmək məqsədi ilə, Sizə şəxsi məlumatları vermək üçün müraciət edə bilər. Bu təşkilatlar yalnız öz maraqlarını güdür. ABŞ səfirliyi heç bir yerli "Greencard" təşkilatı ilə çalışmır və ya dəstək göstərmir.
Yalnız rəsmi Dövlət Departamentinin saytı vasitəsilə heç kimə ödəniş ödəmədən ərizəni göndərə bilərsiniz: http://www.dvlottery.state.gov.