ABŞ Dövlət Departamenti biznes və turizm vizası üçün müraciət edən bəzi şəxslərdən ölkəyə daxil olmaq üçün 15 min dollara qədər təminat (bond) ödəməsini tələb etməyi planlaşdırır. Bu addım çoxsaylı vətəndaşlar üçün ABŞ-a səfəri maliyyə baxımından əlçatmaz edə bilər.
Çinə vizasız səyahət neçə manata başa gələcək?
FED.az xəbər verir ki, nazirlik bu barədə məlumatı bu gün Federal Reyestrdə dərc edəcək elan vasitəsilə açıqlayacaq.
Təklifə görə, 12 ay davam edəcək sınaq proqramı rəsmi olaraq “Federal Reyestr”də dərc olunduqdan 15 gün sonra qüvvəyə minəcək. Yeni qaydaya əsasən, pilot proqram yalnız Dövlət Departamentinin “yüksək riskli” hesab etdiyi ölkələrə aid olacaq və həmin ölkələrin siyahısı proqram qüvvəyə mindikdən sonra açıqlanacaq.
Qeyd edək ki, bu qayda “Visa Waiver Program”a daxil olan ölkələrin vətəndaşlarına şamil olunmayacaq. Hazırda bu proqramda əsasən Avropa ölkələri olmaqla, 42 ölkə iştirak edir.
Bu təklif Tramp administrasiyasının viza qaydalarını sərtləşdirməsi fonunda irəli sürülüb. Keçən həftə Dövlət Departamenti bəzi viza yeniləmə müraciətçilərinin əlavə olaraq üzbəüz müsahibədən keçməli olduğunu, həmçinin “Visa Diversity Lottery” proqramına qatılanların öz vətəndaşlıq ölkəsindən etibarlı pasporta sahib olmalarını şərtləndirdiyini açıqlamışdı.