Türk Hava Yolları (THY) Ramazan bayramı tətilində 2 milyon sərnişin daşımağı hədəfləyib.
FED.az xəbər verir ki, bu barədə Türk Hava Yolları məlumat yayıb. Bildirilir ki, tətil müddətində nəzərdə tutulan 14 min 311 səfər qrafik üzrə həyata keçirilir. Ötən 3 gündə təyyarələr 85 faiz sərnişinlə dolu olub.
Qeyd edək ki, Türkiyədə ramazan tətili iyunun 2-dən başlayıb və 9 gün davam edəcək.