"KİV-də koronavirus təhlükəsi ilə əlaqədar Türkiyənin İranla sərhədi bağladığı barədə yalan məlumat yayılıb. Bu sərhəd açıqdır, sadəcə hər iki tərəfdə keçid məntəqəsindən keçən insanlara tibbi və epidemioloji nəzarət mövcuddur".
Eləcə də bax: Novruz bayramında İrandan Azərbaycana - AXIN OLACAQ
FED.az xəbər verir ki, bunu İranın "Ulduz" Turizm Şirkətinin rəhbəri Həmid Cahadi deyib.
Onun sözlərinə görə, Azərbaycanın Tehrandakı səfirliyi Azərbaycana vizaların verilməsini müvəqqəti olaraq dayandırıb.
"İranlılar diplomatik nümayəndəliyin vizası ilə Azərbaycana əsasən, Bakıdan tranzit olaraq üçüncü ölkələrə getmək üçün gəlirdilər. Bu cür turistlər Azərbaycana gələn iranlı turistlərin ümumi sayının bir faizindən azını təşkil edirlər. İranlı turistlərin əksəriyyəti Azərbaycana viza almaq üçün onlayn şəkildə müraciət edirlər və bu məsələdə heç bir problem yoxdur",-deyə şirkət rəhbəri qeyd edib.
Onun sözlərinə görə, indiyədək 600-ə yaxın iranlı Bakıda və Naxçıvanda keçiriləcək Novruz Bayramına turlar alıb. Müxtəlif səbəblərdən yalnız 6-7 ailə Azərbaycana səyahətini ləğv edib. İranlı turistlərin Azərbaycan tərəfi ilə qəbulunda problem yoxdur. Otellər, tur masaları və istirahət bölgələri iranlı qonaqları qəbul etməyə hazırdırlar.
"Təəssüf ki, xarici KİV-lər hipertrofiyaya meyillidirlər və bəzən İrandakı koronavirus ilə bağlı məlumatları təhrif edirlər. İranın bütün sərhədləri, İraqla bir neçə keçid məntəqəsindən biri istisna olmaqla, Türkiyə və Pakistan ilə açıqdır. İranın quru yolu ilə əsas turizm çıxışı Türkiyə və Azərbaycanadır. Şirkətimiz, həmçinin iranlılar üçün Türkiyənin Van, Trabzon və başqa bölgələrinə də turlar təşkil edir. Türk turoperatorları və rəsmi qurumlar sərhədin hər zamankı kimi açıq olduğunu bildirirlər",-deyə Cahadi vurğulayıb.
Onun sözlərinə görə, İranın özündə, ölkəyə gələn və ölkədən gedənlərin hamısı dünya miqyasında standart koronavirus müayinəsindən keçirlər.
virtualaz