Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsi sayəsində 2023-cü ilədək ölkəyə turist axınının 4 milyon nəfərə qədər artacağı gözlənilir.
FED.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin baş icraçı direktorunun müavini Bəhruz Əsgərov "Formula 1 yarışının keçirilməsinin iqtisadi və sosial faydaları" mövzusunda "dəyirmi masa"da deyib.
B.Əsgərov bildirib ki, bu göstərici "Turizm strategiyası-2023" çərçivəsində nəzərdə tutulub.
Eləcə də bax: Azərbaycana gələn ərəb turistlərin sayı açıqlandı
Agentlik rəsmisi qeyd edib ki, turizmin inkişafı Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən biridir:
"Bizim qurum Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçıları ilə sıx əməkdaşlıq edir və biz qarşımızda yarış həvəskarlarının ölkədə qalma vaxtını artırmaq tapşırığı qoymuşuq. Məsələ burasındadır ki, Formula 1 həvəskarları Azərbaycanda yarışın keçirildiyi 3-4 gün ərzində olurlar. Biz isə turistlərdə bölgələrimizə səfər etməyə maraq oyatmaq və ölkədə daha çox qalma müddətini artırmaq üçün yeni turizm məhsulları və brendləri üzərində çalışırıq".