2019-cu ilin yanvar ayında ölkəmizə 191400 xarici vətəndaş gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 min nəfər və ya 3% çoxdur.
Dövlət Turizm Agentliyindən FED.az-a verilən məlumata görə, əcnəbilər arasında ən çox artım 22% artımla Gürcüstandan gələnlərdə müşahidə olunur. Əhəmiyyətli surətdə artım olan digər bazarlar Cənubi Asiya və Orta Asiyadır - bu regionlardan müvafiq olaraq 60,9% və 35,4% artım baş verib.
Ən yüksək artım tempi Cənubi Asiya ölkələri olan Pakistan və Hindistana, Mərkəzi Asiyadan Qazaxıstan və Türkmənistana məxsusdur. Yanvar ayında bu ölkələrin hər birindən 2000-dən çox xarici vətəndaş gəlib.
İnfoqrafikanı Azərbaycan, rus və ingilis dillərində əldə etmək üçün: http://bit.ly/2BTfIXu