Turistlər MDB-də qış tətili zamanı ən yaxşı istirahət zonalarının Azərbaycan, Qazaxıstan və Belarusda olduğunu bildirir.
FED.az xəbər verir ki, "TurStat" analitik agentliyinin məlumatına görə, rəyi soruşulanların 32 faizi Belarusun Minsk vilayətindəki "Loqoysk" və "Siliçi" qış kurortlarına üstünlük verib.
Qazaxıstanın Almatı şəhərinin yaxınlığındakı "Çimbulaq" istirahət mərkəzi səslərin 23 faizini qazanıb.
Eləcə də bax: Türkiyədəki lüks otelə azərbaycanlı rəhbər - TƏYİN EDİLİB
16 faiz Azərbaycanın "Şahdağ" və "Tufandağ" Qış-Yay Turizm komplekslərini seçib.
Turistlərin bir qismi isə Qırğızıstandakı "Karakol" və Özbəkistandakı "Çimqan" kurortlarını bəyənir.