Bakıda torpaq bazarında qiymətlər artıb.
Eləcə də bax: Bakıda kirayə bağ evləri - Bahalaşır
FED.az xəbər verir ki, “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, yanvar ayında Bakıda torpaq sahələrinin qiyməti 3.5 faiz artıb. Ötən illə müqayisədə isə 10.76 faiz azalma var.
Ekspertin sözlərinə görə qiymət artımına müxtəlif amillər təsir edir. Onun bu amillərdən biri bazarda struktur dəyişikliyidir, yəni daşınmaz əmlak ucuz alınır, baha satılır və tədricən ucuz əmlaklar sıradan çıxır. Digər amillər isə infilyasiyanın təsiri, daşınmaz əmlak bazarında təklif paketinin azalmasıdır. Bütün bu amillər qiymətlərə təzyiqlər yaradır.(Trend)