İnnovasiya və Təchizat Mərkəzi ““Ümumprofilli müalicə müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman vasitələri”nin satın alınması” tenderinin nəticələrini elan edib.
Bu şirkət dövlət qurumuna 12,3 milyonluq dərmanlar satdı - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, tenderin qalibi “Zeytun Pharmaceuticals” MMC (VÖEN: 387858046) olub.
Qalib şirkətlə 3 586 443 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Zeytun Pharmaceuticals” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Bəhruz Şirəliyev Əvəz oğludur. Hüquqi ünvanı AZ1030, Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev, ev 21C ünvanında yerləşir.