Suraxanı Rayon İcra Hakimiyyəti açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Zığ qəsəbəsi sürüşmə sahəsində yerləşən 1 ədəd ikimərtəbəli və 3 ədəd birmərtəbəli qəzalı fərdi yaşayış evlərinin söküntüsü və söküntü işləri başa çatdıqdan sonra ərazinin təmizlənməsi işlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 100 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1900131081
Satınalan təşkilatın ünvanı :
Müsabiqənin başlama tarixi və vaxtı: 20.11.2023 15:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 11.12.2023 15:30
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 19.12.2023 15:30
Zərflərin açılış tarixi və vaxtı: 20.12.2023 15:30
Ödəniş şərtləri : ƏŞT-də qeyd edilmişdir
Çatdırılma yeri : Zığ qəsəbəsi
Çatdırılma müddəti : 30 dekabr 2023-cü il
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
2. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə
3. Bank rekvizitləri
4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
5. İddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) bank dövriyyəsi arayış meyarı üzrə
6. Mikro, kiçik, orta və iri sahibkarlıq subyekti kateqoriyasına aid edilməsinə dair arayış
7. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması
8. Texniki imkanlar və əsas vəsaitləri barədə məlumat” meyarları üzrə
9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının, habelə ödəmə qabiliyyətinin olması
10. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi”
11. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Mehman Hüseynov, Şöbə müdiri
Email: [email protected]
Əlaqə telefonu : 0124524958