Xalq Sığorta
Aktuari üzrə baş mütəxəssis
Son tarix 08 okt 2026 - [email protected]
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil ( Riyaziyyat, statistika, maliyyə, aktuar elmləri və ya oxşar sahə);
- Dil bilikləri- Azərbaycan dili səlis, İngilis dili işgüzar səviyyədə;
- Minimum 3 il iş təcrübəsi ( Aktuar və ya sığorta sahəsində );
- Kompüter bilikləri: MS Excel ( yüksək səviyyə ), SQL, R və ya Python ( arzuolunandır), böyük həcmli məlumatların emalı və statistik təhlili;
- Yerli və Beynəlxalq aktuar sertifikatları üzrə imtahanların mərhələləri üstünlükdür;
- Analitik və strateji düşüncə, məsuliyyətlilik, detallara diqqət, qərarvermə bacarığı, təşəbbüskarlıq, komanda ilə işləmək bacarığı.
İş haqqında məlumat:
- Sığorta ehtiyatlarının adekvatlığının qiymətləndirilməsi üzrə analitik modellərin qurulması və nəticələrin təhlili;
- Aktuar fərziyyələrin və hesablama metodlarının əsaslandırılması, alternativ yanaşmaların qiymətləndirilməsi;
- Sığorta ehtiyatları üzrə nəticələrin dövrlərarası müqayisəsi və dəyişikliklərin səbəb amillərinin müəyyən edilməsi;
- Böyük həcmli məlumatların emalı, statistik təhlili və aktuar modellərin tətbiqi və təkmilləşdirilməsi;
- Risk, zərərlilik və gəlirlilik göstəricilərinin hesablanması və portfel performansının təhlili;
- Ssenari analizləri, stress-testlər və həssaslıq analizlərinin aparılması;
- Anderraytinq şərtləri və tariflərin adekvatlığının qiymətləndirilməsi üzrə analitik təhlillərin aparılması;
- Təkrarsığorta strukturunun risk profili ilə uyğunluğunun qiymətləndirilməsi;
- Kapital adekvatlığı və ödəmə qabiliyyəti göstəricilərinə dair analitik hesabatların hazırlanması;
- Sığorta ödənişləri ilə ehtiyatlar arasındakı fərqlərin təhlili və səbəblərin müəyyən edilməsi;
- Data keyfiyyətinin qiymətləndirilməsi və hesablama proseslərinin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır
- İmtiyazlar: Könüllü tibbi sığorta;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Aktuari üzrə baş mütəxəssis) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Banklarla iş üzrə mütəxəssis
Son tarix 08 okt 2026 - [email protected]
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil;
- Satış sahəsində minimum 1 il iş təcrübəsi (Bank və yaxud Sığorta sahələrində təcrübə arzuolunandır);
- MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- Analitik düşüncə qabiliyyəti;
- Sığorta qanunvericiliyi üzrə biliklər üstünlükdür;
- Ünsiyyət qurmaq bacarığı;
- Κomandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Banklarla əməkdaşlıq çərçivəsində müqavilələrin hazırlanması və izlənməsi;
- Bank partnyorlarla müştəri yönümlü layihələrin koordinasiyası;
- Ödənişlərin izlənməsi və hesabatların hazırlanması;
- Sığorta məhsullarının banklar vasitəsilə satış prosesində iştirak;
- Bank əməkdaşları üçün məhsul təqdimatları və təlimlərin təşkili;
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Əlavə məlumat:
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır;
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İmtiyazlar: Könüllü tibbi sığorta
- İş yeri: Bakı, N. Nərimanov ray., Ak. Həsən Əliyev küç 24.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Banklarla iş üzrə mütəxəssis) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır













