Azərbaycan Prezidenti İlham Əliyevin 07 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuş Osman Xaliyev kollektivə təqdim edildi.
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib - SƏRƏNCAM
FED.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov İdarə Heyətinin yeni sədrini kollektivə təqdim edərək fəaliyyətlərini şəffaf və müasir idarəetmə səviyyələrində qurmaqla əhalinin mənzillərə əlçatanlığının artırılması istiqamətində işlərin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrini çatdıraraq yeni rəhbərliyə və kollektivə gələcək fəaliyyətlərində uğurlar arzuladı.












