Eyni mənzili başqa şəxslərə satmaqda təqsirləndirilən “Star-M”, “ŞANS” və "ZAMİQ" MTK-nın faktiki rəhbəri olmuş Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti
FED.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Məhərrəm Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, istintaqla “Star-M”, “ŞANS” və "ZAMİQ" MTK-nın faktiki rəhbəri olmuş Məhərrəmov Məhərrəm Həsənqulu oğlunun sözügedən kooperativlər tərəfindən Bakı şəhərində inşa olunmuş yüksək mərtəbəli yaşayış binalarında mənzil almaq üçün müraciət etmiş vətəndaşlara qanuni sahibləri olan mənzilləri və qeyri-yaşayış sahəsini saxta müqavilə və maliyyə arayışları tərtib edib satmaqla 5 şəxsə məxsus ümumilikdə 485 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Məhərrəm Məhərrəmova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, habelə başqa cinayət işi üzrə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin olması nəzərə alınıb.
İstintaq dövründə vurulmuş maddi ziyanın bir hissəsinin zərər çəkmiş şəxslərə ödənilməsi təmin edilib. (Apa)












