“Azərişıq” ASC (VÖEN: 9900069391) daha bir tenderi yekunlaşdırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonları ərazisində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin elektrik şəbəkələrinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı görüləcək işlər “Yuq Construction” MMC-yə (VÖEN: 1605198021) həvalə edilib.
Tərəflər arasında 12 milyon 105 min manatlıq satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, “Yuq Construction” MMC 2023-cü ildə yaradılıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Mahmudov Nadir Mahmud oğludur. Şirkət Bakı şəhəri, Binəqədi rayonu, Mədən 2-ci (Binəqədi qəsəbəsi), ev.9, korpus 90 hüquqi ünvanında yerləşir.













