“Aqroservis” ASC əmlak kompleksinin icarə xidmətlərinin satın alınması ilə bağlı iki fiziki şəxslə müqavilə bağlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, əmlak kompleksinin icarə xidmətlərinin satın alınması ilə bağlı fiziki şəxs Avazov Nəsimi Bahaddin oğlu ilə 7 min 700 manatlıq, Əhmədov İsmət Səhrab oğlu ilə 22 min manatlıq müqavilə imzalanıb.
Birmənbə metodu ilə baş tutan satınalma dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.













