Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “İnnovasiyalar Mərkəzi” MMC xidməti geyim formalarının satın alınması ilə bağlı tenderi yekunlaşdırıb.
Onkologiya Mərkəzi “Azəri Med”dən - 50 milyonluq avadanlıq alır
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi “Dress Uniform” MMC (VÖEN: 2602970051) olub. Tərəflər arasında 168 min 504 manatlıq satınalma müqaviləsi imzalanıb. Müqaviləyə görə, qalib şirkət qurumu 570 kişi kostyumu, 450 qadın kostyumu, 285 kişi qalstuku, 225 qadın şarfı ilə təchiz edəcək.
Qeyd edək ki, “Dress Uniform” MMC 2019-cu ildə yaradılıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Nəsir Rövşən Akif oğludur. Şirkət Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov ev.14, m.111 hüquqi ünvanında yerləşir.













