İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ““Zərif Müştəri” qurğularına (Thin Client - elektron disksiz qurğu), kompüter, noutbuklara, printerlərə və telefonlara texniki xidmətinin, Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS-in) avadanlıqlarına və arxiv üçün nəzərdə tutulmuş avadanlıqlara, elektron vergi hesab-faktura xidmətini təmin edən avadanlıqlara, İnternet Vergi İdarəsi, “Lokal Telefoniya”, “Zərif Müştəri”, “Asan imza” və “Onlayn Kassa” sistemlərinin avadanlıqlarına və digər avadanlıqlara texniki xidmətinin, Giriş-Çıxış Access Control sistemlərinə, səs avadanlıqları, konfrans və müşahidə sistemlərinə texniki xidmətinin, korporativ rabitə şəbəkəsinə telefon və kommunikasiya xidmətinin və Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS-in) avadanlıqlarına, elektron vergi hesab-faktura xidmətini təmin edən avadanlıqlara, İnternet Vergi İdarəsi, “Lokal Telefoniya”, “Zərif Müştəri”, “Asan İmza” və “Onlayn Kassa” sistemlərinin Ehtiyat Mərkəzində olan avadanlıqlarına texniki xidmətinin göstərilməsinin satın alınması” tenderinin nəticələrini elan edib.
Dövlət Vergi Xidməti - TENDER KEÇİRİR
Vergi Xidməti türk şirkətinin rəhbərinin - Ölkədən Çıxışına “Stop” Qoyulmasını İstəyir
FED.az xəbər verir ki, tenderin qalibi “Caspel” MMC olub.
Qalib şirkətə 2 369 960 manat ödəniləcək.
Qeyd edək ki, “Caspel” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 146 020 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ceyhun Quliyev Məhi oğludur. Hüquqi ünvanı AZ1130, Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan, ev 50B ünvanında yerləşir.