Bakı Nəqliyyat Agentliyi sığorta xidmətlərinin alınması üzrə tender keçirir. FED.az tenderlər barədə məlumatları təqdim edir.
Eləcə də bax: Dövlət qurumu qab - qacaq alır – TENDER ELANI
Lot-1. Daşınmaz əmlakın icbari sığortası
Lot-2. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortası
Lot-3. Əmlakın (mebel, texnika və avadanlıq) yanğın və digər əlavə risklərdən könüllü sığortası
Lot-4. Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası;
Lot-5. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası
Lot-6. Avtonəqliyyat vasitələrinin (avtobuslarının) sahiblərinin mülki məsulliyyətinin icbarı sığortasından artıq olan hissəsi üçün avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyyətinin könüllü sığortası
Lot-7. Avtonəqliyyat vasitəsinə dəymiş zərərin könüllü (Avtokasko) sığortası.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ziya Bünyadov 111 ünvanından (Əlaqələndirici şəxs: Yusifov Azər Fazil oğlu. telefon: 404-41-20 (daxili 2266)) ala bilərlər.
İştirak haqqı:
Lot 1 – 300 manat
Lot 2 – 10 manat
Lot 3 – 220 manat
Lot 4 – 50 manat
Lot 5 – 140 manat
Lot 6 – 75 manat
Lot 7 – 850 manat
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü ərzində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçıların müvafiq xidmətlər üzrə lisenziyaları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank təminatı istisna olmaqla) 09.10.2019-cu il saat 12:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 18.10.2019-cu il saat 12:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov 111 ünvanında yerləşən Bakı Nəqliyyat Agentliyinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 21.10.2019-cu il tarixdə saat 12:00- da Bakı şəhəri, Ziya Bünyadov 111 ünvanında yerləşən Bakı Nəqliyyat Agentliyində açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.