Minatəmizləmə Agentliyi “Keçmiş təmas xəttində yerləşən yüksək çirklənmiş ərazilərin çəpərlənməsi işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Agentlik mühafizə xidmətinə 823 min manat ödəyəcək - TENDER
FED.az xəbər verir ki, tenderin qalibi “Azerbaijan Demining Company” MMC olub.
Qalib şirkətlə 24 999 423 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Azerbaijan Demining Company” MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Kamran Məmmədov Nadir oğludur. Hüquqi ünvanı AZ1060, Bakı şəhəri Nizami rayonu, B.Nuriyev, ev 50, m. 76 ünvanında yerləşir.
Xatırladaq ki, Minatəmizləmə Agentliyi bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.