Tarixi Vaşinqton sammitində qəbul edilən qərarlar və mesajlar hamının yadındadır.
Ceyhun Bayramov: Ermənistan Konstitusiyasındakı ərazi iddiaları aradan qaldırıldıqdan sonra sülh sazişi imzalana bilər
FED.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində mühüm addımlar atılıb.
“Dövlət rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlərin keçirilməsi bunun bariz nümunəsidir. Vaşinqtonda qəbul edilən Birgə Bəyannamədə də qeyd olunur ki, prosesin başa çatdırılması üçün Ermənistanda yeni Konstitusiya qəbul olunmalıdır. Bunun vaxtı və zamanı isə Ermənistanın daxili prosesidir. Seçkilərdən sonra Ermənistan Baş naziri ilin sonunda Konstitusiya mətninin ictimaiyyətə açıqlanacağına dair mesajlar verdi”, - XİN rəhbəri vurğulayıb.
Nazir qeyd edib ki, Azərbaycan tərəfi prosesi müşahidə edir və rəsmi Bakının yanaşması dəyişməz olaraq qalır.
“Prosesin tam başa çatdırılması və sülh sazişində son imzaların atılması üçün təbii ki, biz bu prosesi gözləyəcəyik”, - Ceyhun Bayramov əlavə edib.












