Azərbaycanın dövlət büdcəsində yeni vəziyyət açıqlanıb.
AMB-nin valyuta ehtiyatları rekord həcmə çatıb - 15 milyard dolları ötüb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarının nəticələrinə görə, bu dövrdə büdcənin gəlirləri 26 milyard 486,5 milyon manat olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə büdcə gəlirləri 0,5% artıb.
Büdcənin xərcləri isə 22 milyard 770,6 milyon manat təşkil edib. Bu 2025-ci ilin eyni dövrünə nisbətən 2,1% artıqdır.
Nəticədə dövlət büdcəsinin profisiti (artıqlığı) 3 milyard 715,9 milyon manat təşkil edib.
Xatırladaq ki, ötən ilin bu vaxtında dövlət büdcəsində 4 milyard 051,4 milyon manat artıqlıq vardı.












