Tenderlər

Dövlət qurumu qab - qacaq alır – TENDER ELANI

Dövlət qurumu qab - qacaq alır – TENDER ELANI | FED.az
10:19 4 Sentyabr 2019

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” mətbəx üçün avadanlıqlar və qab- qacağın alınması üçün kotirovka sorğusu elan edir.

FED.az xəbər verir ki, qeyd edilən sorğu 2 kotirovkadan ibarətdir.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti qab-qacaqların satın alınması üçün kotirovka sorğusu elan edir

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli (Port Baku Towers) ünvana müraciət edə bilərlər. Əlaqələndirici şəxs Tural Quluzadə, telefon- (077) 277-32-60

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 9 sentyabr 2019-cu il saat 12.00-dan gec olmamaq şərtilə yuxarıdakı ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri 9 sentyabr 2019-cu il saat 16.00-da Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli (Port Baku Towers) ünvanda açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti mətbəx üçün avadanlıqların satın alınması məqsədilə kotirovka sorğusu elan edir.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli (Port Baku Towers) ünvana müraciət edə bilərlər. Əlaqələndirici şəxs Tural Quluzadə, telefon- (077) 277-32-60.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 9 sentyabr 2019-cu il saat 12.00-dan gec olmamaq şərtilə yuxarıdakı ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri 9 sentyabr 2019-cu il saat 15.00-da Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli (Port Baku Towers) ünvanda açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Digər xəbərlər