Sosial Xidmətlər Agentliyi “Sosial Xidmətlər Agentliyinin tabeliyindəki sosial xidmət müəssisələri üçün hazır yemək xidmətinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyev (VÖEN: 1803349532) olub. Onunla 6 milyon 422 min 706 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, həmin şəxslə bir il əvvəl də agentlik bundan əvvəl də tender müqaviləsi imzalanıb.
Bağlanmış tender müqaviləsinin dəyəri 5 milyon 972 min 172 manat olub.
Tender müqaviləsi “Sosial Xidmətlər Agentliyinin tabeliyində olan sosial xidmət müəssisələrinin sakinlərinin "Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 saylı qərarı ilə müəyyən olunmuş qida normaları əsasında hazır yeməklə təmin edilməsi xidmətlərinin satın alınması“ üzrə imzalanıb (05.01.2022)