Səhiyyənin Təminat Mərkəzi “Xəstəliklərin profilaktikasında və müalicəsində istifadə edilən dərman preparatlarının satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Avromed Company” QSC olub.
Qalib şirkətə 2 830 799 manat ödəniləcək.
Qeyd edək ki, “Avromed Company” QSC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 57 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Kamran İskəndərov İnqilab oğludur. Hüquqi ünvanı AZ1010, Bakı Şəhəri Nəsimi rayonu, Neftçilər pr., ev 153 ünvanında yerləşir.