"Azəristiliktəchizat" ölçü sistemləri və elektrotexnikanın satın alınmasına 265 min manata yaxın vəsait yönəldəcək
FED.az xəbər verir ki, "Azəristiliktəchizat" ASC məsafədən nəzarət ölçü sistemləri və elektrotexniki avadanlıqlarının satın alınmasına 265 min manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, "Azəristiliktəchizat" "Elektrogas" MMC ilə müqafiq müqavilə imzalayıb.
Müqavilənin dəyəri 264 min 707.12 manatdır.
"Azəristiliktəchizat" ASC 2004-cü ildə yaradılıb və istilik təchizatı sahəsində dövlət inhisarçısıdır.
İnterfaks