Banner

Tenderlər

“Azərgold” avtomobil alır - 50 MİN MANATA

“Azərgold” avtomobil alır - 50 MİN MANATA | FED.az
09:35 6 Dek 2019

“Azərgold” QSC 50 min manatlıq sedan kuzovlu avtomobil alır.

FED.az xəbər verir ki, şirkətin tenderinin qalibi "Performance Center Co" MMC  olub. Adı qeyd edilən MMC ilə dəyəri 49800 manat olan müqavilə imzalanıb.

Eləcə də bax:“Azərgold” planlarını qura biləcək - ŞİRKƏT AXTARIR - TENDER

Bundan başqa “Azərgold”  “C.Q.A İNTERNATİONAL LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə Daşkəsən rayonu, Çovdar Filiz Emalı Sahəsində yerləşən 3-cü topaqələviləşdirmə sahəsinin tikinti-quraşdırma işlərinə monitorinq-nəzarət xidmətinin həyata keçirilməsi üçün 49560 manatlıq müqavilə,

"Best Tech" MMC ilə isə Aparatda istismarda olan printerlərin kartriclərinin dolumunun və texniki xidmətlərinin satın alınmas ilə bağlı 9695 manatlıq müqavilə imzalanıb.

Digər xəbərlər

Banner