2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 1 942 ədəd minik avtomobili istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə minik avtomobili istehsalı 553 ədəd və ya 39,8% artıb.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 1 359 ədəd təşkil edib.
2023-cü ilin 1 sentyabr tarixinə hazır məhsul ehtiyatı 454 ədəd təşkil edib.
Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 225 ədəd yaxud 98,3% artıb.
2022-ci ilin 1 sentyabr tarixinə hazır məhsul ehtiyatı 229 ədəd olub.