2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 1331,6 min cüt corab məmulatları istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə corab məmulatları istehsalı 224,8 min cüt və ya 14,4% (0,9 dəfə) azalıb.
2022-ci ilin yanvar-may aylarında bu göstərici 1556,4 min cüt təşkil edib.
2023-cü ilin 1 may tarixinə hazır məhsul ehtiyatı 24,9 min cüt təşkil edib. Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 9,22 min cüt yaxud 27,0% (1,4 dəfə) azdır.
2022-ci ilin 1 may tarixinə hazır məhsul ehtiyatı 34,1 min cüt olub.