Ağsu Rayon İcra Hakimiyyəti iki şirkətlə böyük məbləğdə müqavilə imzalayıb.
FED.az xəbər verir ki, Ağsu Rayon İcra Hakimiyyətinin Ağsu rayonunda 05 fevral 2019 - cu il tarixində baş vermiş zəlzələ nəticəsində ziyan çəkmiş çoxsaylı yaşayış evlərindən sənədləri hazır olan ( smetası və Fövqaladə Hallar Nazirliyinin qiymət cədvəlləri ) yaşayış evlərində təmir işləri ilə bağlı tenderinin qalibi “Taleh TT”MMC olub. Qeyd edilən şirkətlə 1 milyon 304 min manatlıq müqavilə imzalnıb.
Eləcə də bax: Döşəmə təmiri işləri - SOCAR TENDER ELANI
İcra Hakimiyyətinin digər bir bahalı tendrini isə " Dərələyaz - 1 " MMC şirkəti qazanıb. MMC ilə Ağsu rayonunda 05 fevral 2019 - cu il tarixində baş vermiş zəlzələ nəticəsində ziyan çəkmiş çoxsaylı yaşayış evlərindən sənədləri hazır olan ( smetası və Fövqaladə Hallar Nazirliyinin qiymət cədvəlləri ) yaşayış evlərində təmir işlərinin göstərilməsi ilə bağlı 1 milyon 696 min manatlıq müqavilə imzalanıb.